Nazarov Siqalla görüşündən danışdı FOTO

Azərbaycan millisinin və “Ersgebirge”nin futbolçusu Dmitri Nazarov ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü barədə danışıb.

Komanda.az xəbər verir ki, “Tag24”-ə açıqlama verən Nazarov, Siqalla görüşü barədə bunları deyib:

“Azərbaycan millisi ilə Norveçə qarşı oyun keçirirdik (1:0). Həmin vaxt Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. İki gün komandamızın otelində qaldı və oyunu izlədi. Onunla görüşmək fürsətimiz oldu. Bu, mənim üçün bir təcrübə oldu, çünki filmlərini izləməyi sevirəm. O şəkil həmin vaxtdan mənim “whatsapp” profil şəklim oldu”.