
“Naxçıvan” “Sərhədçi”yə qalib gəldi
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, günün ikinci matçında “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 98:87.
Günün ilk görüşündə isə “Şəki” “Quba”nı (101:89 ) üstələyib.
Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



