
“Naxçıvan” ABŞ-dan olan basketbolçu ilə anlaşıb
“Naxçıvan” ABŞ-dan olan basketbolçu Kris Klarkla 1 illik müqavilə imzalayıb.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
40 yaşlı oyunçu karyerası ərzində ABŞ, Böyük Britaniya, Lüksemburq, Avstraliya, Səudiyyə Ərəbistanı və Boliviya klublarında çıxış edib.
190 sm boya malik K.Klark son olaraq 2023/2024 mövsümündə “Şəki”nin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



