“Napoli”nin prezidenti Konteyə 8 milyon avroluq maaşla təklif göndərməyə hazırdır

“Napoli”nin prezidenti Aurelio De Laurentis italiyalı mütəxəssis Antonio Konteyə illik 8 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır ki, o, komandanın yeni baş məşqçisi olmağa razı olsun.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, De Laurentis Kontenin “Napoli”ni İtaliya çempionatında lider mövqeyə qaytarmağa qadir olan mütəxəssis olduğunu düşünür.

Neapol klubunun rəhbərinin 54 yaşlı mütəxəssisə “Napoli”nin transfer siyasətini idarə etmək və yeni idman direktoru təyin etmək baxımından geniş səlahiyyətlər təklif etməyə hazır olduğu vurğulanır.

Kontenin son iş yeri 2021-ci ilin noyabrından 2023-cü ilin martına kimi rəhbərlik etdiyi “Tottenhem” olub.

“Napoli” bu mövsüm A Seriyasında keçirdiyi 30 oyundan sonra 45 xalla 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button