Mertens “Çelsi”yə keçir? – menecerindən açıqlama

“Napoli”nin futbolçusu Dris Mertensin meneceri Vinçentso Morabito açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Morabito, “Çelsi”nin Mertenslə yaxından maraqlandığını deyib:

“Çelsi”nin baş məşqçisi Frenk Lempardın hər gün Mertensə zəng elədiyini bilirəm. Onun “Çelsi”yə keçidini təsəvvür edirəm”.

Mertensin “Napoli”ylə müqaviləsi mövsümün sonuna qədərdir.