Almanlar “Napoli”nin futbolçusuna “elçi düşdü”

“Napoli”nin futbolçusu Dris Mertens komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, belçikalı hücumçuyla Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Almaniya təmsilçisinin yanvarda Mertens üçün “Napoli”yə 10 milyon avro təklif edəcəyi bildirilir.

İtalyanlar bu təklifi qəbul etməzsə, “Borussiya” mövsümün sonunda yenidən Mertens üçün təklif göndərəcək.

Mertens “Napoli” tarixinin ən çox qol vuran 2-ci futbolçusudur. 32 yaşlı hücumçu Neapol təmilçisi ilə iştirak etdiyi 303 oyunda 118 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button