“Napoli”nin futbolçusu əməliyyat olundu

İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Mertens əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçunun çiynindən əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Belçikalı oyunçunun 2-3 həftədən sonra bərpa prosesinə başlayacağı bildirilib.

Mertens 2013-cü ildən “Napoli”nin uğurları üçün çalışır. O, geridə qalan mövsümdə Neapol təmsilçisinin heyətində 29 matça çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.