“Napoli”dən son 7 ilin ən pis göstəricisi

“Napoli” keçirdiyi son 3 matçda məğlub olub.

Komanda.az xəbər verir ki, komanda ötən gecə A Seriyasının 15-ci turu çərçivəsində Turində “Yuventus”a uduzub (0:1). Bundan əvvəl isə “Napoli” İtaliya çempionatında “İnter”ə (0:3), Çempionlar Liqasında isə “Real”a (2:4) məğlub olmuşdu.

Bu, Neapol klubu üçün son 7 ildə ən pis göstəricidir. Komanda 7 ildir ki, ardıcıl 3 oyunda uduzmurdu. 

“Napoli”  sonuncu dəfə 2016-cı ilin oktyabrında Mauritsio Sarrinin rəhbərliyi altında ardıcıl 3 oyunda məğlub olmuşdu. Daha sonra mövsümün sonunda “Napoli” çempion “Yuventus”dan 5 xal geri qalaraq, A Seriyasında 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button