“Napoli” belçikalı futbolçunun transferini açıqlayıb

“Napoli” yeni hücumçu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son ölkə çempionu “Verona”dan Siril Nqonqeni rənglərinə bağlayıb. 

Neapol təmsilçisi 23 yaşlı vinger üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. Futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

“Verona” Siril Nqonqeni ötən ilin yanvar ayında “Qroningem”dən transfer edib. Belçikalı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button