“Napoli” “Barselona”nın hədəfində olan futbolçuya göz dikib

İtaliyanın “Napoli” klubu “Barselona”nın maraq dairəsində olan yarımmüdafiəçiyə göz dikib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, neapollular “Betis”dən Quido Rodrigesi transfer etmək istəyirlər.

Bununla belə, “Barselona”nın idman direktoru Deku hazırda vəziyyətə tam nəzarət edir. Kataloniya klubu Rodrigesi almaq qərarını yekunlaşdırsa, transferi təmin etmək şansı “Napoli”dən daha çox olacaq.

30 yaşlı argentinalı futbolçu İspaniya çempionatının cari mövsümündə 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button