Namaşko Türkiyə yığmasına qarşı oynamayacaq

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının heyətində iyunun 3-də Türkiyə millisi ilə matçda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib.

Moldova mətbuatı bəzi oyunçuların zədəli olduğu üçün heyətdən kənarda qaldığını yazıb. Bir neçə futbolçu isə son günlərdə klublarının heyətində rəsmi matçlarda iştirak etdiyi üçün Türkiyə ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Bu oyunçuların iyunun 6-da Kişinyovda keçiriləcək Azərbaycanla matçda iştirak ərizəsinə daxil ediləcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button