Nağıyevli “Dinamo-Avto” səfərdən 1 xalla döndü

Futbol üzrə Moldova çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sfintul George” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

14 turdan sonra 19 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button