Nəbiyevli “Viktoriya” yenə xal itirdi

Futbol üzrə Çexiya 2-ci divizionunda 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Prostejov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button