Nəbiyevli “Slaviya” səfərdə uduzdu

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda 9-cu tur çərçivəsində səfərdə “Motorlet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.

“Slaviya”nın U-21 komandası 9 turdan sonra 15 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button