Nəbiyev Çexiyada daha bir qol vurdu

Çexiyanın futbol üzrə gənclər liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sparta” (Praqa) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasına qələbə qazandıran qolu da 42-ci dəqiqədə məhz Fərid vurub.

“Slaviya”nın U-21 komandası hazırda 29 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button