Nəbiyevli “Viktoriya” səfərdən xalsız döndü

Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.

20 turdan sonra 27 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb.