Nəbiyevin komandası doğma meydanda sevindi

Futbol üzrə Çexiya 2-ci divizionunda 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

21 turdan sonra 30 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb.