Nəbiyev oynadı, “Slaviya” qalib gəldi

Çexiyanın futbol üzrə gənclər liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Teplitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.

“Slaviya”nın U-21 komandası hazırda 23 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button