Məktəblilər “Qarabağ”ın qonağı oldular

Azərbaycan Diasporuna Dəstək Fondunun və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 3-cü “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin 3 cü günündə şagirdlər “Qarabağ”ın qonağı olublar.

Komanda.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov və futbolçular şagirdləri səmimiyyətlə qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.

21-27 dekabr 2023-cü il tarixləri aralığında keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button