“Mançester Yunayted” Uqarteyə görə zərər etməyə razıdır

“Mançester Yunayted” yarımmüdafiəçisi Manuel Uqarte ilə bu yay yollarını ayırmaq üçün ciddi maliyyə itkisini gözə almağa hazırdır.

Uruqvaylı futbolçu 2024-cü ildə PSJ-dən 42,3 milyon funt-sterlinq qarşılığında transfer olunub. O, 2025/26 mövsümündə bütün turnirlərdə 10 dəfə start heyətində meydana çıxıb.

Komanda.az “Sun Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu gəlirlilik və davamlılıq qaydalarına uyğun olaraq, zərərdən yayınmaq üçün 25 yaşlı futbolçunun satışından ən azı 25,38 milyon funt-sterlinq qazanc əldə etməlidir.

Klub daxilində hesab edirlər ki, Uqartenin transferinin qarşısındakı ən böyük maneə onun həftəlik 120 min funt-sterlinq məvacibidir. Bu səbəbdən, oyunçuya alıcı tapmaq asan olmayacaq.

Uqarte hazırda Uruqvay millisi ilə dünya çempionatında iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button