“Mançester Yunayted”in borcu artdı, kredit götürdü

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi bankdan 140 milyon funt-sterlinq məbləğində kredit götürüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub bu məbləğdən yay transfer dövründə futbolçu almaq üçün istifadə edəcək. Klub rəhbərliyi koronavirusun yaratdığı maddi durğunluq səbəbiylə bu addımı atıb.

Hazırda “qırmızı şeytanlar”ın ümumi borcunun 127 milyon funt-sterlinq artaraq, 429 milyona çatdığı bildirilir.