“Mançester Yunayted”in 2 futbolçusu “Əl-Nəsr”in hədəfində

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissakanı və yarımmüdafiəçisi Kazemironu heyətinə qatmağı planlaşdırır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Əl-Nəsr” futbolçusu, “Mançester Yunayted”in sabiq oyunçusu Kriştiano Ronaldonun dəstəyi ilə Kazemiroya nəhəng təklif göndərməyə hazırlaşır. Həmçinin, Səudiyyə Ərəbistanı klubu bu ay Van-Bissakanı transfer etməyi hədəfə alıb.

26 yaşlı Bissaka bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 17 oyun keçirib və 2 məhsuldar ötürmə verib. Kazemiro bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyunda 1 qol vurub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button