MY-dən ayrılan futbolçu rəsmən PSJ-də!

Fransa çempionu PSJ növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubundan Ander Herreranı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə imzalayıb. İspaniyalı futbolçu Paris təmsilçisində 21 nömrəli formanı geyinəcək.

Herrera son beş mövsümü “Mançester Yunayted”də keçirib. O, bu komandanın heyətində 189 oyuna çıxıb, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button