Mustafayevin komandası Kiyev “Dinamo”su ilə bacarmadı

Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv Kiyev “Dinamo”sunun qonağı olub və meydanı məğlubiyyətlə tərk edib – 1:3. Mustafayev də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb.

“Aleksandriya” 12 turdan sonra 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button