“Müqavilənin uzadılması onun özündən asılıdır” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın yarımmüdafiəçi Konor Qallaherlə yeni müqavilə ilə bağlı danışıqlarını dayanması ilə bağlı şayiələrə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis futbolçunun “Çelsi”də oynamağı sevdiyini bildirib:

“O, “Çelsi”də oynamağı sevir. Onun müqavilə vəziyyəti tamam başqa məsələdir. Müqavilənin uzadılması klubdan və onun özündən asılıdır”.

Qallaherin “zadəganlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

24 yaşlı futbolçu bu mövsüm 37 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button