“Klub tarixinin ən yaxşı mərhələsində olmadığımız hər kəsə aydındır” – Müller

“Bayern”in hücumçusu Tomas Müller Almaniya çempionatının 28-ci turunda “Haydenhaym”a məğlubiyyəti (2:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışını dəyərləndirib:

“Klub tarixinin ən yaxşı mərhələsində olmadığımız hər kəsə aydındır. Oyun iki fərqli hissədən ibarət idi. 2:0 öndə idik, sonra uzun ötürmələr rəqibi qapıya gətirdi. Müdafiəmiz qətiyyən yaxşı deyildi. Sonra ikinci hissədə artıq hücumda kifayət qədər yaxşı deyildik. Yaxşı şanslarımız oldu, amma onları qola çevirə bilmədik. Sonda “Haydenhaym” vəziyyəti dəyişdi və biz bir daha qol vurmadıq.

Nəticəni indi dəyişə bilmərik. Bir-birimizdən şikayət etməyin mənası yoxdur. Çempionlar Liqasında əlimizdən gələni edəcəyik”.

“Haydenhaym”la matç Müllerin Münhen klubunda 700-cü rəsmi oyunu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button