“Müalicə dövründə qadağan olunmuş maddədən istifadə başadüşüləndir” – Şəfəq Hüseynli

Bu gün AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) illik hesabat xarakterli mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda Vətən müharibəsində iştirak edən idmançılarla bağlı məsələyə də toxunulub. Bildirilib ki, müharibədə ümumilikdə 478 idmançı iştirak edib. Onlarda 54-ü şəhid olub, 51-i isə yaralanıb. Qurumun direktoru Şəfəq Hüseynli müharibədə yaralanan idmançıların qadağan olunmuş maddədən mümkün istifadəsinə belə münasibət bildirib:

“Müharibə şəraiti fərqlidir, müalicə dövründə qadağan olunmuş maddədən istifadə başadüşüləndir. İdmançı həmin vaxt olmasa da, sonradan bu haqda məlumat verməlidir. İdmançı müalicə zamanı belə maddələrdən istifadə edibsə, biz bundan məlumatlı olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button