“Müdafiəmiz artıq daha inamlı təsir bağışlayır, çünki…” – Pirlo

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Roma”ya 2:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, üç xal qazandıqları oyunla bağlı bunları deyib:

“Roma”nın çox yaxşı futbol oynadığını bilirdik, oyunumuzu buna uyğun planlaşdırdıq. Bu komandaya qarşı aqressiv oyun göstərmək asan deyil. İstədiyimiz tempi tapdıq. Müdafiəmiz artıq daha inamlı təsir bağışlayır, çünki keçmiş səhvlərimizdən dərs aldıq. İtaliya kimi çempionatlarda hər oyun eyni olmur. Buna görə də, hər zaman alternativlərə ehtiyacımız var. Əks halda, rəqiblərimiz asanlıqla oyunumuzu oxuya bilərlər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button