“Mançester Siti” onların transferindən vaz keçdi

Uzun müddətdir müdafiəçi axtarışında olan “Mançester Siti” bu istəyindən imtina edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Benfika”dan Ruben Diaşı heyətinə qatan “şəhərlilər” yeni müdafiəçi transfer etməyəcək. “Napoli”dən Xalidu Kulibali və “Sevilya”dan Jul Kundeni transfer etmək istəyən klub, hər iki futbolçunun keçidindən imtina edib.

“Mançester Siti” Diaş üçün “Benfika”ya 68 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button