Mourinyonun “Real”da görmək istədiyi 3 müdafiəçi

Portuqaliyalı baş məşqçi Joze Mourinyo “Real”a mümkün qayıdışı ərəfəsində heyətin gücləndirilməsi üçün bir sıra transfer hədəflərini müəyyənləşdirib.

Komanda.az “ONDA Cero”-ya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis klub rəhbərliyindən bir neçə futbolçunun transferini istəyib. O, “Real”a gələcəyi halda, heyətə üç əsas müdafiəçi əlavə etməyi planlaşdırır.

Siyahıda “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurella, “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol və “Arsenal”da eyni mövqedə çıxış edən Rikkardo Kalafiori yer alır.

Mourinyo ötən mövsüm “Benfika”nı çalışdırıb. Deyilənə görə, onun “Real”a qayıdışı yalnız klub prezidenti Florentino Peresin seçkilərdə yenidən qalib gələcəyi halda mümkün ola bilər.

“Kral klubu”nda rəhbər posta seçkilər bu ayın 7-də keçiriləcək. Peresin əsas rəqibi 37 yaşlı iş adamı Enrike Rikelmedir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button