Mourinyonun Depay planı

“Barselona”nın hücumçusu Memfis Depay “Roma”nın maraq dairəsindədir.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo niderlandlı futbolçunu komandasında görmək istəyir. Bu səbəbdən, portuqaliyalı çalışdırıcı Depayla əlaqə saxlayıb.

Mourinyo öncə hücumçunu icarəyə götürmək, sonra isə onunla uzunmüddətli müqavilə imzalanmasını istəyir.

Depay 2021-ci ilin iyulunda “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 matçda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button