Mourinyo “Bavariya”da?

Son olaraq “Mançester Yunayted”də çalışan Joze Mourinyo ilə bağlı sürpriz iddia ortaya atılıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, adı “Lion” və “Monako” ilə yanaşı çəkilən portuqaliyalı mütəxəssis Bundesliqada çalışa bilər. Çempionlar Liqasında “Liverpul”a məğlub olaraq mübarizəni dayandıran “Bavariya”, Bundesliqa çempionluğunu qazana bilməsə, Niko Kovaçı istefaya göndərəcək. Münhen klubu Kovaçın istefaya göndəriləcəyi təqdirdə, Mourinyonu komandanın “sükanı arxasına” gətirmək niyyətindədir. 

52 yaşlı mütəxəssisin “Real”ın “sükanı arxasına” keçəcəyi deyilsə də, “kral klubu” keçmiş baş məşqçisi Zinəddin Zidanla anlaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button