Keçmiş klubu Quliyevə “elçi düşdü”

Moskva “Spartak”ında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Championat” nəşri məlumat yayıb. Ayaz mövsümün sonunda keçmiş komandası “Rostov”a qayıda bilər. Premyer Liqa təmsilçisi sabiq futbolçusunu yenidən komandaya qaytarmaq üçün danışıqlara start verməyə hazırlaşır.

Ayaz, “Spartak”ın fiziki hazırlıq üzrə məşqçisi Vladimir Çipzanoviçlə mübahisə etdiyi üçün ikinci komandaya göndərilib.

2018-ci ilin yayında “Spartak”dan 500 min avroya “Rostov”a keçən Ayaz, 6 ay sonra – qışda 1 milyon avro qarşılığında yenidən Moskva klubuna transfer olunmuşdu. 23 yaşlı yarımmüdafiəçinin transfer dəyəri hazırda 2,2 milyon avrodur.