“Düşünürəm ki, “İnter” mövsümün sonunda möhkəm dayanacaq”

“İnter”in sabiq prezidenti Massimo Moratti keçmiş komandasının son oyunları və mövsümün sonu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “İnter”in əvvəlcə “Komo” ilə İtaliya kubokunun yarımfinalının ilk matçında qolsuz heç-heçə etməsini, daha sonra isə “Milan”a qarşı A Seriyası oyununda səfərdə 0:1 hesablı məğlubiyyətini şərh edib:

“İtaliya kubokunda bir qədər rahat oynadıq, çünki artıq fikrimiz cavab matçında idi. Son 10 dəqiqə isə dəhşətli idi – top daim bir qapıdan o birinə ötürülürdü. Həmin oyunda passivlik hiss olunurdu və biz bunu daha sonra “Milan”la qarşılaşmada da gördük”.

Bununla belə, Moratti mövsümün sonu üçün nikbin danışıb:

“Düşünürəm ki, “İnter” mövsümün sonunda möhkəm dayanacaq. İkinci yerlə aradakı 7 xallıq fərq böyük və tam haqq edilmiş uğurdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button