Morata satışa çıxarılacaq

“Atletiko”nun hücumçusu Alvaro Morata bu yay transfer bazarında 12 milyon avroya satılacaq. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu məbləğ futbolçunun müqaviləsində təzminat kimi aktivləşdirilib.

Morata çox güman ki, yayda “Atletiko”dan ayrıla bilər. Çünki klub rəhbərliyi onun mövqeyini başqa bir hücumçu ilə gücləndirmək istəyir. 

31 yaşlı forvard İspaniya çempionatının bu mövsümündə 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button