“Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

İtaliyanın “Milan” klubunun hücumçusu Andre Silva karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Monako”, 23 yaşlı futbolçunun keçidi üçün “Milan”la razılıq əldə edib. Silvanın bu gün “Monako” üçün tibbi müayinədən keçiriləcəyi bildirilir.

“Knyazlıq klubu”nun bu transfer üçün “qırmızı-qaralar”a 25 milyon avro ödədiyi və portuqaliyalı futbolçu ilə 5 illik müqavilə bağlayacağı bildirilir.

2017-ci ildən “Milan”da çıxış edən futbolçu, son mövsümü icarə əsasında “Sevilya”da keçirmişdi.