“Lion” “Monako”ya məğlub oldu

Fransa Liqa 1-də 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Dijon” “Sent-Etyen”i qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər. “Lill” isə “Strasburq” səfərinə yollanıb. Bu görüşdə heç-heçə qeydə alınıb.

Şənbə günü üç oyun baş tutub. “Amyen” “Nitsa”nı, “Genqam” isə “Anje”ni minimal hesabla məğlub edib. Lider PSJ də “Nim”lə ev oyununda növbəti darmadağına imza atıb.

Son oyun gününə beş qarşılaşma təsadüf edib. “Monpelye” doğma meydanda “Reyms”ə məğlub olub. “Tuluza” – “Kan” və “Renn” – “Marsel” oyunlarında qalib müəyyənləşməyib. “Nant” ilə ev oyununda minimal hesabla qalib gəlib.

26-cı turun mərkəzi görüşündə “Monako” “Lion”la münasibətlərinə aydınlıq gətirib. “Knyazlıq klubu” Lion təmsilçisi üzərində inamlı qələbəyə sevinib.

Fransa Liqa 1, 26-cı tur

22 fevral

Dijon – Sent-Etyen 0:1
Qol: Subotiç, 64.

Strasburq – Lill 1:1
Qol: Qonçalves, 68 – İkone, 42.

23 fevral

PSJ – Nim 3:0
Qol: Nkunku, 40. Mbappe, 69; 89.

Amyen – Nitsa 1:0
Qol: Jirassi, 11.

Genqam – Anje 1:0
Qol: L.Do, 90.

24 fevral

Monpelye – Reyms 2:4
Qol: Konqre, 6. Laborde, 55 – Oudin, 27; 70. Zeneli, 47-pen. Çavarria, 89.

Nant – Bordo 1:0
Qol: Pallua, 51.

Tuluza – Kan 1:1
Qol: Qradel, 90 – Krivelli, 45.

Renn – Marsel 1:1
Qol: Andre, 7 – Jermen, 56.

Monako – Lion 2:0
Qol: Martins, 18. R.Lopes, 27.

Bombardir: Kilian Mbappe (PSJ) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button