“Monako” onlar üçün 35 milyon avro ödəyəcək

“Monako” klubu heyətini iki yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Strasburq”dan Yussuf Fofananı və “Bordo”dan Orelyen Çuamenini heyətinə qatmağa yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Monako” Fofana üçün 15, Çuameni üçün isə 20 milyon avro ödəyəcək.

Fofana bu mövsüm “Strasburq” formasıyla Liqa 1-də 13 oyunda iştirak edib. “Bordo”nun yetirməsi olan Çuameni isə 15 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button