“Monako” Jardimlə vidalaşır?

Fransanın “Monako” klubunun baş məşqçisi Leonardo Jardim vəzifəsindən ayrıla bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də keçirdiyi 5 turda cəmi 2 xal toplayan “knyazlıq klubu”nda baş məşqçinin gələcəyi müzakirə olunur. Oktyabr ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə klub rəhbərliyinin bir araya gələrək, portuqaliyalı mütəxəssisin komandadakı gələcəyi ilə bağlı qərar verəcəkləri bildirilir.

2014-2018-ci illərdə “Monako”nu çalışdıran 45 yaşlı mütəxəssis, keçən mövsümün ikinci yarısından yenidən komandanın “sükanı arxasına” keçib. O, “Monako” ilə 2016/17 mövsümündə Liqa 1-də çempionluq yaşayıb.