“Monako” Anrini göndərdi

Fransanın “Monako” klubunun baş məşqçisi Tyerri Anri müvəqqəti olaraq əsas komandadan uzaqlaşdırılıb.



Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik komandanın uğursuz çıxışlarına görə bu addımı atıb. Fransalı məşqçi ilə bağlı son qərarın yaxın günlərdə açıqlanacağı bildirilir. Komandaya müvəqqəti olaraq Frank Passi rəhbərlik edəcək.

“Monako” 21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Fransa Liqasında son 5 oyunun 2-də uduzub, 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, Anri bir neçə aparıcı futbolçunu əsas heyətdən uzaqlaşdırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button