Modriçdən “Barselona”nın futbolçusu ilə bağlı paylaşım – FOTO

“Real”ın yarımmüdafiəçisi Luka Modriç sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, cari mövsümün sonunda “Barselona” ilə yollarını ayıracaq Serxio Buskets haqda fikirlərini bölüşüb:

“İndiyə qədər oynadığım ən yaxşı yarımmüdafiəçilərdən biri. Bu, mənim üçün böyük zövq oldu”.

“Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.

2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button