“Barselona” Busketslə vidalaşdığını açıqladı – Yeni kapitan o olacaq

“Barselona”nın müdafiəçisi Serxio Roberto Serxio Busketsin gedişindən sonra Kataloniya komandasının yeni kapitanı olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Diari ARA” məlumat yayıb.

Daha əvvəl Busketsin azad agent kimi komandadan ayrılacağı bildirilirdi. Yarımmüdafiəçi “Barselona”nın yeni müqavilə təklifini rədd edib.

Roberto 2006-cı ilin fevralından Kataloniya komandasında forma geyinir.

“Barselona”nın sol cinah müdafiəçisi Jordi Alba isə vitse-kapitan olacaq.

Qeyd: “Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.

2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button