“Mançester Siti”ni məğlub etmək bizim üçün çox vacibdir” – Benzema

“Real”ın futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqadakı çempionluq barədə danışan fransalı futbolçu, UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə keçiriləcək oyuna da toxunub:

“La Liqa çempionluğunu qazanmaq çətin və xüsusidir, mövsüm ərzində mükəmməl işlər gördük. Komanda yaxşı irəliləyir. İndi hazırlaşmaq üçün daha çox zamanımz var. La Liqadakı formamızı, çıxışımızı qorumaq istəyirik. “Mançester Siti”ni məğlub etmək bizim üçün çox vacibdir”.

“Mançester Siti” – “Real” oyunu avqustun 7-də keçiriləcək. Komandalar arasında keçirilən ilk oyunda ingilislər 2:1 hesablı qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button