Azərbaycan millisinin üzvü “Eyndhoven”ə əzmkar qələbə qazandırdı

Futbol üzrə Niderland birinci divizionunda 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Emmen”lə qarşılaşıb. 5 qolun qeydə alındığı matç futbolçumuzun komandasının qələbəsiylə bitib – 3:2.

Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb. O, 20 və 90+3-cü dəqiqələrdə fərqlənməklə həm dublunu, həm də komandasının əzmkar qələbəsini rəsmiləşdirib.

“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button