Abbasov yenidən legioner həyatı yaşayacaq

Azərbaycan millisinin sabiq hücumçusu Mirabdulla Abbasov yenidən legioner həyatı yaşayacaq.

Komanda.az xəbər verir ki, 30 yaşlı forvard Qırğızıstanda oynayacaq. O, “Abdış-Ata” klubu ilə müqavilə imzalayıb.

“Neftçi”nin keçmiş hücumçusu artıq ictimaiyyətə təqdim edilib.

Mirabdulla vaxtı ilə Latviyada “Dauqavpils”də oynayıb. O, bundan başqa, “Sumqayıt”, “Səbail” və “İrəvan” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button