Millimiz İspaniyaya böyük hesabla uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə çərçivəsində ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, millimiz İspaniya ilə üz-üzə gəlib. 15 qolun qeydə alındığı görüşdə Azərbaycan futbolçuları meydanı məğlubiyyətlə tərk ediblər – 5:10.

Millimiz iyulun 22-də isə Latviya yığması ilə qarşılaşacaq.

İlk turda qarşılaşmalı olduğumuz Ukrayna millisi isə Rusiyadakı turnirdə iştirakdan imtina edib. Bu üzdən də qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button