Milli və İsayev üçün ilk – Mahmudov Cavadova çatdı

Moldova yığması ilə səfər oyunu futbol üzrə Azərbaycan milli komandası üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, yığmamız tarixində ilk dəfə ardıcıl 4-cü matçından qalib ayrılıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəl UEFA Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstan (3:0) yığmalarını məğlub etmişdi.

Bu oyun “Sabah”ın futbolçusu Aleksey İsayev üçün də əlamətdar olub. 27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində qol hesabını açıb. 42-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli oyunçu bunu yubiley – 10-cu görüşündə bacarıb.

Emin Mahmudov isə Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pilləyə şərik olub. Moldova ilə oyunun 28-ci dəqiqəsində fərqlənən “Neftçi”nin yarımmüdafiəçisi yığmada ümumilikdə 9-cu qoluna sevinib. Milli forma ilə 35-ci matçında bunu bacaran Mahmudov komandanın keçmiş hücumçusu Vaqif Cavadova çatıb.

Milli komandada qol rekordu hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdur. O, yığmanın formasında 14 dəfə rəqibləri məyus edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button