Milli komandada yeni baş məşqçi

Futbol üzrə Paraqvay milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Eduardo Berisso çalışdıracaq.

Bu barədə Paraqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Lakin yeni baş məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

49 yaşlı argentinalı mütəxəssis son illərdə İspaniyanın “Atletik”, “Sevilya” və “Selta” klublarında baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button