“Napoli”nin stadionunda meyit tapılıb

İtaliya A Seriyasının 10-cu turunun “Napoli” – “Milan” matçından sonra Neapoldakı Dieqo Armando Maradona stadionunun yeraltı dayanacağında kişi meyiti tapılıb.

Komanda.az “Corriere dello Sport”-a xəbər verir ki, meyit gecə saat 2-dən sonra, stadionun qonaq sektorunun altındakı otaqda aşkar edilib.

Polisin bildirdiyinə görə, qaçan iki nəfər tunel vasitəsilə tribunalara daxil olmağa çalışıb. 42 yaşlı kişi təxminən 20 metr hündürlükdən yerə yıxılıb.

Dünən keçirilən matçda “Napoli” “Milan”la heç-heçə edib (2:2).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button