“Milan” 3 müdafiəçi arasında seçim edəcək

“Milan” rəhbərliyi qış transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” bir neçə müdafiəçi arasında seçim edəcək. Klubun maraq dairəsində Co Qomes (“Liverpul”), Murillo (“Nottingem Forest”) və Kim Min Jae (“Bayern”) kimi oyunçular var.

“Milan” hazırda İtaliya A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button